Zorla rəis oğluna ərə verilən qız istədiyi oğlana qoşulub qaçdı (VİDEO)

Ağcəbədi sakini 23 yaşlı Günay Şahin qızı Məmmədova valideynlərinin onu özünün razılığı olmadan Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimova vermək istədiyini bildirib.

Lakin valideynləri elçilikdə “hə” desələr də özü istəmədiyindən Dekabrın 4-də Günay Məmmədova 5 ildir sevdiyi həmyaşıdı Elnur Mirəli oğlu Əhmedova qoşulub qaçıb. Gənc qız bu qərarı heç bir təzyiq olmadan verdiyini bildirib.

Elnur Əhmədovun qardaşı Rahib Əhmədov bildirib ki, lakin qızın əmisi Çingiz Məməmdov və dayısı Ramil Abdullayev onlara hədə-qorxu gələrək, onun qayıtmasını tələb edirlər.

O, iddia edir ki, sevdiyi qızın valideynləri onun geri qayıtmasını tələb etməkdə səbəbləri var. Belə ki, Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun bir neçə mülkü qızın atası Şahin Məmmədovun adına rəsmiləşdirilib.

Oğlan tərəfi, Ağcəbədinin rəisi Məhəmməd Ibrahimov habelə işi aparan Anar adlı müstəntiqin işə düzgün yanaşmadığını, evlərinə basqın edildiyini və atasının polis şöbəsinə aparılaraq təzyiq və hədə-qorxu ilə üzləşdiyini bildirir. Hətta qızın videolari və yazılı müraciəti rayon polis şöbəsinə göndərilsə də bu nəzərə alınmır.